İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı YENİ QƏRAR

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun həbs qətimkan tədbirinin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bununla bağlı qərar Xətai Rayon Məhkəməsində verilib.

Qərarla bu müddət 20 gün uzadılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR