Onlayn ictimai-siyasi qəzet
Aparıcı Zümrüd Bədəlova instaqramda ona ünvanlanan sualları cavablandırıb.
Musavat.com olay-a istinadən bildirir ki, televiziya ulduzu yenidən ailə qurub, dünyaya övlad gətirəcəyi ilə bağlı suala bədbin cavabı ilə diqqət çəkib.
"Deyəsən istəmirəm. Bu tipli suallar verməyiniz mənasızdır. Əslində bütün qadınların arzusu, xəyalı eynidir. Arzusunda olan xanımların Allah xoşbəxt etsin. Bəzi qadınların sadəcə bəxti o barədə gətirməyib. Məndə onlardan biriyəm".
Qeyd edək ki, Z.Bədəlovanın 11 il əvvəl həyat yoldaşından ayrılıb. Bu nikahdan onun Ləman adlı bir qızı var. Zümrüd müsahibələrində bildirib ki, keçmiş əri övladı ilə maraqlansa da lakin o onunla danışmır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ