İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri üçün Tunisə 100 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Tunisə sərhəd nəzarətinin və qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 100 milyon avro ayıracaq.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Aİ ilə Tunis arasında imzalanan anlaşma memorandumundan sonra mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məbləğ, həmçinin axtarış-xilasetmə əməliyyatları və sərhəd nəzarəti sahələrində tərəfdaşlığın dərinləşdirilməsi üçün istifadə olunacaq.

“Bu tədbirlər qanuni miqrasiyanı təşviq etmək səylərinin bir hissəsidir”, - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR