İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Türkiyədəki seçkilərlə bağlı İLK AÇIQLAMA: Böyük qələbədir!

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel tərəfindən təşkil edilmiş birgə mətbuat konfransında əsas gündəm Türkiyədə keçirilən prezident seçkiləri olub.

Musavat.com xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen Türkiyədə keçirilən seçkilərdə yüksək fəallığın əhəmiyyətinə diqqət çəkib.

“Əlbəttə ki, Türkiyə bizim üçün mühüm tərəfdaşdır. Hesab edirəm ki, bu seçkilərdə kütləvi iştirak yaxşı xəbərdir. Çünki bu, türk xalqının getmək, səs vermək kimi demokratik hüquqlarından istifadə etməkdə qərarlı olduğunun və demokratik təsisatlara dəyər verdiyinin bariz göstəricisidir. Bu, dünənki seçkilərdə böyük qələbədir. İndi ikinci tura baxmaq lazımdır, bu məsələ ilə bağlı bəyanatları çox diqqətlə izləyirik və seçkinin ikinci turunun nə gətirəcəyini görməliyik”.

Mətbuat konfransında çıxış edən Şarl Mişel də Türkiyədə keçirilən seçkiləri yaxından izləməyə davam etdiklərini bildirib:

“Məncə, bu, həqiqətən əhəmiyyətlidir. Türkiyə vətəndaşlarının seçkidə iştirak prosesini təqdir etmək vacib bir tələbdir. Nəticənin necə olacağını yaxından izləyəcəyik”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR