Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq üçün hazırlıqlara başlayıb.
Musavat.com xəbər verir ki, Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə yeni tədbirlər planı hazırlayır.
Bu plan çərçivəsində, 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması nəzərdə tutulur.
Aİ Rusiyadan yeni qaz müqavilələrinin bağlanmasını və mövcud spot müqavilələr çərçivəsində qaz idxalını qadağan etməyi planlaşdırır. Bu tədbirlərin 2025-ci ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir. Planın rəsmi təqdimatı 6 may 2025-ci il tarixində Strasburqda keçiriləcək.
Hazırda Aİ-nin qaz idxalının təxminən 19%-i Rusiyadan təmin olunur. Bu asılılığın azaldılması üçün Aİ, ABŞ, Qətər, Kanada və Afrika ölkələrindən alternativ mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü artırmağı planlaşdırır. Bununla yanaşı, Aİ-nin REPowerEU planı çərçivəsində enerji istehlakının azaldılması, təmiz enerji istehsalının artırılması və enerji tədarükünün diversifikasiyası kimi tədbirlər də həyata keçirilir.
Musavat.com
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ