Onlayn ictimai-siyasi qəzet
“2025-ci ildə Ermənistan Avropa İttifaqından ümumi dəyəri 13,8 milyon avro olan iki qrant alacaq”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində yerli iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
Birinci qrant məhkəmə islahatlarına yardımın ikinci mərhələsidir və 4,5 milyon avro təşkil edir.
“İkincisi, Aİ-dən təhsilə yardımdır. Qrantın məbləği 9,3 milyon avro təşkil edəcək”, - deyə Papoyan bildirib.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ