İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Azərbaycana dəstək: aqrar məhsullar üçüncü ölkəyə ixrac olunacaq

Azərbaycanın kənd təsərrüffatı məhsullarını üçüncü bir ölkəyə ixracına Avropa İttifaqı dəstək olacaq.

Musavat.com xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “Bitki Sağlamlığı Forumu”da çıxışı zamanı bildirib.

O deyib ki, Avropa İttifaqına üzv dövlətlərin mütəxəssisləri bu sahədə öz təcrübələrini Azərbaycanla bölüşəcəklər:“Konkret kənd təsərrüfatı sektorları əmək bazarına da öz təsirini göstərir. Avropa İttifaqı olaraq qeyd edirik ki , yalnız sabit, dayanıqlı sistemlər təhlükəsiz məhsullar istehsal edə bilər. Avropa İttifaqı tvinniq layihəsi çərçivəsində qonşuluq prinsipləri ilə öz tərəfdaşları ilə təcrübələrini bölüşməyə davam edir”, deyə P.Mixalko əlavə edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR