İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib.

"Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, - o vurğulayıb.

P.Stano həmçinin əlavə edib ki, Aİ tərəfləri hərbçilərin meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR