İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağstafada aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib

Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

İbtidai istintaq davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR