Onlayn ictimai-siyasi qəzet
“İyulun 16-dan etibarən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatına başlanılır”.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Orxan Abbasov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq:
"Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər"**sfera.az
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ