İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam üçün 10 dəqiqəlik dəhşət görüntüləri, ümid sonluğu - VİDEO

Proqramları sənədli filmlərdən ibarət olan Discovery telekanalı Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə 10 dəqiqəlik sənədli film həsr edib.

Bu barədə Musavat.com -a İran səfirliyindən göndərilən məlumatda qeyd olunur.

Məlumatda vurğulanır ki, bu videoda bir vaxtlar həyatla dolu gözəl şəhər olan Ağdamın 30 illik erməni işğalı nəticəsində tərk edilmiş xəyal şəhərə çevrildiyindən bəhs edilir.

Bu filmdə o dövrdə həyatın davam etdiyi şəhərin əvvəlki görkəmindən əsər-əlamət qalmadığı vurğulanır.

Müəllif deyir: “Şəhərə daxil olanda bu gün ancaq xarabalıqlar görünür”.

Bu sənədli filmdə bu şəhərin erməni işğalından azad edilməsi və Azərbaycan hökumətinin bu şəhəri dirçəltmək üçün göstərdiyi səylərə istinad edilərək, “Yaxın vaxtlarda şəhər tam dirçələcək” deyilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR