İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdaban soyqırımından 31 il keçir

Cavid Qurbanov: “Ağdaban və ona bitişik Çayqovuşan kəndləri boşdur, sadəcə, getmək mümkün deyil...”

Bu gün ötən əsrdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi ən dəhşətli cinayətlərdən biri olan Ağdaban soyqırımının ildönümüdür.

Ermənilər 1992-ci il aprel ayının 8-də ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində soyqırımı törədiblər. Bunun üçün erməni separatçıları aprelin 7-dən 8-nə keçən gecə Ağdaban yalındakı gözətçi məntəqəsinə hücum edib, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolaraq səhər saat 6-da atəş açmağa başlayıblar.

Ağdaban Soyqırımı | KƏLBƏCƏR | www.kalbajar.com

Şahidlərin dediyinə görə, azərbaycanlılara qarşı soyqırımını planlaşdıran erməni separatçıları planlı şəkildə hərəkət edirdilər. Plana əsasən evləri qarət edəcək, yerli sakinlərin mal-qarasını aparacaq, dinc sakinləri əsir götürəcək, müqavimət göstərənləri isə öldürəcək şəxslər əvvəlcədən müəyyənləşdirilib.

Belə bir vəziyyətdə ermənilər aprelin 8-də Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə hücum etdilər. Bu faciə nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni silahlıları tərəfindən tamamilə yandırılıb, kəndin 779 nəfər sakininə işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib.

Ağdaban faciəsinin 29-cu ildömümü

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu, yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılıb, talan olunub.

2020-ci ildə 44 günlük Vətən müharibəsi həmin il noyabrın 25-də Kəlbəcər rayonunun azad edilməsi ilə nəticələndi. Lakin Ağdaban kəndinə gedib-gələn yolun separatçı ermənilərin nəzarətində qalması səbəbindən kənd hələ də tam olaraq Azərbaycanın nəzarətinə qaytarılmayıb.

Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildi, nazir müavini oldu |  1news.az | Xəbərlər

Ağdaban kəndində doğulan və bir neçə yaxın qohumu soyqırımı qurbanı olmuş rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov moderator.az saytına müsahibəsində bildirib ki, kənddə rus sülhməramlıları yoxdur, amma Bağlıpəyə kəndindəki təmas xəttində rus sülhməramlıları var: “Ermənilərin əsas qarnının ağrısı odur ki, deyirlər siz bizə Xudavəngə getməyə icazə verin, biz də o zaman Ağdaban yolundan çəkilək. Ermənilər istəyir ki, ordakı alban kilsəsinə istədikləri vaxt gedə bilsinlər. Bizsə onların nazı ilə oynayan deyilik. Mən Xudavəng olan ərazini qarış-qarış tanıyıram, uşaq vaxtı orda çox oynamışam. Biz ora Vəng deyirdik. Orda yaxınlıqda civə zavodu vardı və rəhmətlik Ələsgər əmim həmin civə zavodunun direktoru idi. Əmim elə orada yaşadığından mən də tez-tez onun yanına gedirdim. İşğal dönəmində həmin Xudavəng qalasının başına oyun açıblar, oranı erməniləşdirməkdən ötrü ağıla gələn və gəlməyən hər şey ediblər.

Erməni vandalizmi: Ağdaban faciəsindən 25 il ötür

Hazırda Ağdabanda heç bir yaşayış yoxdur. İşğaldan sonra bizim kəndin bəzi sakinləri rus sülhməramlılarının müşayiəti ilə Ağdabana getmişdilər. Orda yalnız bir erməni 10-15 arı saxlayırmış. Amma Ağdaban və ona bitişik Çayqovuşan kəndləri boşdur. Sadəcə, getmək mümkün deyil. Əvvəl Bağlıpəyədə ruslar dayanırdı. Amma sonradan Saleh Məmmədovgil (AAYDA sədri) ora yol açdılar. Daha doğrusu, Ağdabana qədər olan yolu bərpa elədilər. Torpaq yol çəkildi və istəyirdik sonradan asfalt çəkilsin, amma alınmadı, mane oldular, məsələ elə o cür də qaldı. Ruslar qoymadılar.

Ağdaban mənim doğulduğum kənd olduğu üçün demirəm, o qədər unikal strateji mövqedədir ki, elə ona görə də min bir bəhanə ilə geri qaytarmaq istəmirlər. Orada 3 kənd var. Bağlıpəyə, Çayqovuşan və Ağdaban. Çayqovuşanla Bağlıpəyə kiçik kəndlərdir, amma Ağdaban mərkəzdir, böyükdür. Kəlbəcərdən gələndə Ağdabana gedən 7 km yolun kilometr yarımı ozamankı Dağlıq Qarabağın ərazisinə düşürdü. Ona görə indi də Ağdabana getmək istəsən, gərək gedib rusun yanından keçib qalxasan kəndə. Rus sənə mane olmur, amma qarşıda qanunsuz silahlı birləşmələrin postu var. Adlarını polis qoyublar, amma hamı bilir ki, bunlar quldur dəstəsidir. Cənab prezident ermənilərlə məsələdə də çox düzgün yol tutub. Bir məsəl var ey, haylamaqla donuzu darıdan çıxarmaq olmaz, gərək döyüb çıxarasan".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR