İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacları kəsən şirkət cəzalandırılıb

Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Musavat.com-un xəbərinə görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı “Grand Aqro” MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib:

“Faktla bağlı “Grand Aqro” MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR