İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ağ Partiya" Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etdi - VİDEO,FOTO

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Müstəqillik Günüdür.

Musavat.com xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür.

"Ağ Partiya" 28 may-Müstəqillik Günü ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı qəsəbəsindəki abidəsini ziyarət edib. Ağ Pariya başqanı Tural Abbaslı və onun partiya yoldaşları Rəsulzadənin abidəsi önünə gələrək, gül dəstələri qoyublar.  Dövlət himnimiz oxunduqdan sonra Tural Abbaslı çıxış edib, Rəsulzadə haqda öz fikirlərini səsləndirib.

Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR