İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən TÜRKİYƏ açıqlaması: Bayden səbirsizliklə gözləyir...

“Prezident Bayden kim qalib gəlirsə, onunla işləməyi səbirsizliklə gözləyir”.

Musavat.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyədə keçirilmiş prezident seçkilərindən danışarkən deyib.

Ağ Ev rəsmisi Türkiyədə keçirilən dinc seçkiləri tərifləyib:

"Prezident Bayden kim qalib gəlirsə, onunla işləməyi səbirsizliklə gözləyir. Səsvermə qutusunda dinc şəkildə istəklərini dilə gətirdiyi üçün Türk xalqını təbrik edirik".

Qeyd edək ki, Kirbinin açıqlamasından əvvəl ABŞ prezidenti Co Bayden Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı maraqlı açıqlama verib.

"Kim qalib gəlirsə, gəlsin. Hazırda dünyanın o hissəsində kifayət qədər problemlər var" - o deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR