Onlayn ictimai-siyasi qəzet
Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişəyə son qoymaq üçün hazırladığı 20 bəndlik sülh planını açıqlayıb. Plana görə, dərhal atəşkəs elan olunmalı və İsrail qoşunları bölgədən çıxarılaraq girovların azad edilməsi təmin edilməlidir.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə keçirdiyi mətbuat konfransında sülh planı ilə bağlı mühüm açıqlamalar verib.
Prezident bəyan edib ki, Netanyahunun razılığı ilə irəli sürülən plan yalnız Qəzza deyil, bütövlükdə Yaxın Şərqdə “əbədi sülh” yaratmağı hədəfləyir.
Trampın açıqlamalarından əsas məqamlar:
▪️ HƏMAS planı qəbul edərsə, girovlar 72 saat ərzində azad olunacaq və müharibə dərhal dayandırılacaq.
▪️ Ərəb ölkələri Qəzzanın demilitarizasiyası və HƏMAS-ın tərksilahı üçün öhdəlik götürüb.
▪️ HƏMAS razılaşmanı rədd edərsə, İsrailin tam dəstəklənəcəyi bildirilib.
▪️ Tramp vurğulayıb ki, Netanyahunun mövqeyini anlayır və hörmətlə yanaşır, hazırkı addımlarını isə İsrail üçün “çox yaxşı” adlandırıb.
▪️ ABŞ Prezidenti bildirib ki, “Qəzza üzrə Sülh Şurası”na Toni Bler daxil ediləcək, digər üzvlər isə yaxın günlərdə açıqlanacaq.
▪️ O, həmçinin İordan çayının qərb sahili, Qolan təpələri və Qüds məsələsində İsrailin suverenliyini tanıdığını bir daha təsdiqləyib.
▪️ “İsrail heç vaxt yox olmayacaq, qonşu ölkələrlə sülh şəraitində birgə yaşayacaq”, – deyə Tramp vurğulayıb.
***
Musavat.com xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsini dayandırmaq üçün hazırladığı “tam formatlı” sülh planını yayıb.
Sənəd 20 bənddən ibarətdir və əsas şərtlərdən biri münaqişənin dərhal dayandırılmasıdır. Plan İsrail qoşunlarının ərazidən çıxarılmasını və hərbi əməliyyatların dondurulmasını nəzərdə tutur.
Əvəzində girovların azad edilməsi öhdəliyi qoyulur. Tramp bildirib ki, İsrail onun təklifini qəbul etdikdən sonra girovların azad olunması üçün qarşı tərəfə 72 saat vaxt veriləcək.
Analitiklərin fikrincə, bu təşəbbüs ABŞ administrasiyasının bölgədə sülh prosesinə birbaşa təsirini göstərmək məqsədi daşıyır.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ