Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı barədə Ağ Ev sözçüsü rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, bu müzakirənin əsas məqsədi Rusiya və Ukraynanın tələblərini koordinasiyalı şəkildə razılaşdırmaq olub. Bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livittin açıqlamasına istinadən The Guardian məlumat yayıb.
Açıqlamaya görə, Tramp Ukrayna və Rusiyanın müharibəyə sərf etdiyi resursların xalqlarının rifahı üçün istifadə edilməsinin daha düzgün olduğunu vurğulayıb.
“Prezident Tramp dəfələrlə bəyan edib ki, əgər o hakimiyyətdə olsaydı, bu dəhşətli müharibə heç vaxt başlamazdı. Lakin o, bu münaqişəni birdəfəlik və tamamilə bitirməkdə qərarlıdır”, – deyə K. Livitt bildirib.
Ağ Evin mətbuat katibi Karolayn Livittin Zelenski və Trampın telefon danışığı barədə açıqlamalarının əsas istiqamətləri bunlardır:
Tramp və Zelenski fantastik bir telefon danışığı apardılar;
Liderlər razılaşdılar ki, Ukrayna və Amerika birlikdə işləməyə davam edəcək və Trampın rəhbərliyi altında uzunmüddətli sülh əldə oluna bilər;
Tramp Zelenskini Putinlə danışığı və əsas müzakirə olunan məsələlər barədə tam məlumatlandırdı;
Prezidentlər Kursk bölgəsindəki vəziyyəti nəzərdən keçirdilər və cəbhədəki vəziyyətin inkişafı fonunda müdafiə qərargahları arasında məlumat mübadiləsini gücləndirmək barədə razılığa gəldilər;
Zelenski əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot tələb etdi. Tramp isə xüsusilə Avropada mövcud olan variantları tapmaq üçün çalışacağını bildirdi;
Hər iki lider energetika sahəsində qismən atəşkəs barədə razılığa gəldilər;
Texniki qruplar yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşərək Qara dənizdə atəşkəs rejiminin genişləndirilməsini və tam atəşkəsə keçid yollarını müzakirə edəcəklər. Zelenski tam atəşkəsi qəbul etməyə hazır olduğunu təsdiqlədi;
Telefon danışığı zamanı atom elektrik stansiyaları müzakirə edildi. Tramp bildirdi ki, ABŞ elektrik enerjisi və kommunal xidmətlər sahəsindəki təcrübəsi ilə bu stansiyaların idarə olunmasına böyük dəstək verə bilər. O qeyd etdi ki, bu stansiyaların Amerika nəzarətində olması onların qorunmasını və Ukraynanın enerji infrastrukturu üçün daha güclü dəstəyi təmin edərdi;
Rusiya tərəfindən oğurlanmış ukraynalı uşaqların taleyi müzakirə edildi. Tramp bu uşaqların evlərinə qaytarılması üçün hər iki tərəflə sıx əməkdaşlıq edəcəyini vəd etdi.
Musavat.com
20 Mart 2025
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ