İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev rəsmisi: "Bəzi respublikaçılar bizi aldatdılar"

ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdükləri cənub sərhədinə nəzarətin gücləndirilməsi tələblərini rədd edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlayıb.

O bildirib ki, ABŞ Konqresinin respublikaçıları, Ukraynaya yardımı girov saxlayırlar:

“Biz bilirik ki, Konqresdə Ukraynaya ikitərəfli dəstək var, lakin olduqca sərt sərhəd tədbirləri tələb etməklə Ukraynanın dəstəyini girov saxlamaq istəyən bəzi respublikaçılar bizi aldatdı”.

Kirbinin sözlərinə görə, Kiyevə yardım dekabrın 5-də təsdiq edilməli idi, lakin respublikaçıların mövqeyinə görə bu, baş tutmayıb. Bununla bağlı o, Ukrayna prezidenti Vladimir Zelenskinin nümayəndəsinin sözlərini sitat gətirərək Amerikanın dəstəyi olmadan “Ukraynanın bu müharibəni uduzması riski böyükdür” deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR