İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: Kolumbiya ABŞ-dən miqrantları qəbul etməyə razıdır

Kolumbiya hökuməti Amerika tərəfinin deportasiya etdiyi miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Sənəddə deyilir: “Kolumbiya hökuməti ABŞ-dan repatriasiya edilmiş Kolumbiyadan olan bütün qeyri-qanuni miqrantların, o cümlədən Amerika hərbi təyyarələri ilə məhdudiyyətsiz və gecikmə olmadan qəbul edilməsi də daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb”.

Eyni zamanda, məmurlar üçün viza məhdudiyyətləri, Kolumbiya vətəndaşları və bu ölkədən gələn yüklər üzərində sərhəd nəzarətinin artırılması ölkə repatriasiya olunmuş miqrantların birinci qrupunu qəbul edənə qədər qüvvədə qalacaq.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR