İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev ittihamları rədd etdi: "Bu münaqişəni alovlandıran Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir"

Ağ Ev Kremlin, Qərb raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirilməsinə icazə verməsinin ABŞ tərəfindən guya eskalasiya olduğu barədə ittihamlarını rədd edib.

"Bu münaqişəni alovlandıran Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir. Rusiya Ukraynanın suveren sərhədlərindən keçərək aqressiv müharibə aparır. Şimali Koreya hərbi qüvvələrindən istifadə etməklə yanaşı, son 24 saat ərzində Ukrayna infrastrukturuna genişmiqyaslı hava hücumları ilə eskalasiyaya səbəb olub. Ona görə də Rusiyaya bir sual vermək istəyirəm: kim yanğına benzin tökür? Düşünmürəm ki, bu, ukraynalılardır", — deyə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir müavini Con Fayner mətbuat konfransında bildirib.

Bununla yanaşı, o, ABŞ-ın Ukraynaya ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməsi barədə mediada yayılan məlumatları birbaşa təsdiqləməkdən imtina edib.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR