Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası dekabrda Qəzza zolağında atəşkəs və Fələstinin “HƏMAS” hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə ümidvardır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun razılığa gəlməzdən əvvəl yeni seçilmiş prezident Donald Trampın 2025-ci il yanvarın 20-də andiçmə mərasiminə qədər gözləməsi ilə bağlı təkliflərlə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Xeyr, məndə belə bir hiss yoxdur. Məndə belə bir hiss var ki, Baş nazir razılaşmaya hazırdır. Məqsədim bizi bu ay bu razılaşmanı əldə edə biləcəyimiz bir vəziyyətə gətirmək olacaq. Mən sizə heç bir vəd və ya proqnoz verə bilmərəm, amma bütün bunların 20 yanvara qədər gözləyəcəyini düşünsəm, bu gün burada olmazdım”.
Onun sözlərinə görə, İsrail razılaşmaya hazır olduğunu açıq şəkildə bəyan edib və “HƏMAS” razılaşmalara nail olmaq istəyini nümayiş etdirir:
“Bu, olmaya bilər, amma inanıram ki, hər iki tərəfdə siyasi iradə olarsa, bu, baş verə bilər. Livanda atəşkəs sazişi bağlandıqdan sonra “HƏMAS”ın danışıqlarda mövqeyi dəyişib. Həmin andan etibarən danışıqlar fərqli xarakter almağa başlayıb və hesab edirik ki, bu, bizə onları başa çatdırmaq imkanı verir”.
13 Dekabr 2024
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ