İnsanlara hürriyət, millətlərə istiqlal!

AFR-in sabiq kanslerinin həyat yoldaşını işdən çıxarıblar - 9 mayı qeyd edibmiş

Mayın 9-da Rusiyanın Berlindəki səfirliyinin qəbulunda Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröder həyat yoldaşı və bir neçə digər alman siyasətçi ilə birlikdə iştirak edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu hadisə Almaniyada kəskin ictimai tənqidə səbəb olub. Nəticədə Seo Yeon Şröder-Kim dərhal “NRW.Global Business” şirkətindən qovulub.

Gələn informasiyalara görə, bundan öncə Şröderin xanımından dəfələrlə "siyasi cəhətdən həssas" mövzularda ictimai açıqlamalardan çəkinməsi istənilib.

Keçmiş kanslerin özü bu yaxınlarda Moskvada olub. O, Rusiyaya “dincəlmək üçün” uçduğunu bildirib.

Almaniyanın “Der Spiegel” jurnalının xəbərinə görə isə, Şröder “Şimal axını 1” qaz kəməri ilə qaz nəqlini müzakirə etməyə gəlibmiş.

Gerhard Şröder Rusiya Federasiyası prezidenti Vladimir Putinin "yaxın dostu" hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR