İnsanlara hürriyət, millətlərə istiqlal!

Afina Türkiyənin bu raketləri almasına imkan vermək istəmir

Fransanın Türkiyəyə “Meteor” hava-hava raketlərini satması perspektivi Yunanıstanı narahat edib. Buna görə də Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Fransa prezidenti Emmanuel Makronla məsələni müzakirə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların görüşü Avropa İttifaqının Brüsseldə keçirilən sammiti çərçivəsində baş tutub.

Mitsotakis Türkiyə ilə Avropanın MBDA raket konsorsiumu arasında Böyük Britaniyanın vasitəçiliyi ilə davam edən danışıqların təfərrüatlarını istəyib. Makron müzakirələrin aparıldığını təsdiqləyib, lakin Türkiyə ilə yekun razılığın əldə olunmadığını vurğulayıb.

O qeyd edib ki, Türkiyə ilə razılaşma əvvəlcədən müəyyən edilmiş razılaşma hesab edilməməlidir.

Qeyd edək ki, Yunanıstan özü həmin raketlərin böyük alıcısıdır. 2021-ci ildən Afina Fransadan hər biri Meteor raketləri ilə təchiz olunmuş 24 Rafale döyüş təyyarəsi alıb. Bundan əlavə, Yunanıstan Fransa istehsalı olan 3 FDI freqat sifariş edib və dördüncünün alınması üçün danışıqlar aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Fevral 2025

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR