İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA bu kluba 700 min AYIRDI

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700000 manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.

Qurumun mətbuat xidmətindən verilən məlumatına görə, bu xüsusda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR