İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızıdan Flora Kərimovaya ŞOK cavab: “Oğlumun toyuna...” - QALMAQAL

Artıq iki gündür ki, şou-biznes camiyəsində Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızının məhkəməsi ilə bağlı məsələ müzakirə olunur. Xəbər verdiyimiz kimi, iki gün öncə  Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə  qanunvericiliyə əsasən verilən şikayətin vaxtının keçdiyini nəzərə alaraq işə xitam verilib. Müğənninin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət verilib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi.

Musavat.com-a Afət Fərmanqızıya yaxın mənbələrdən daxil olan məlumata görə, müğənni məhkəmə prosesi bitdikdən sonra məhkəmənin həyətində Xalq artistinə yaxınlaşaraq, baş verən anlaşılmazlıqlar, qalmaqallar üzündən ondan üzr istəyib, olanlara görə peşman olduğunu bildirib, onun əllərindən, üz-gözündən öpüb. Müğənni Xalq artistini hətta bu yaxınlarda baş tutacaq oğlunun toyuna dəvət edib. Xalq artisti isə onun üzürxahlığını və toy dəvətini məmnuniyyətlə qəbul edib, arada barışıq əldə olunub.

Bununla belə Xalq artisti məhkəmə prosesindən sonra yayılan barışıq xəbərlərini təkzib edərək, "Bu xəbərin mənbəyi kimdir? Bağışlayan tərəf mənəmsə, mən bağışlamamışam",-deyə,  paylaşımında bildirib.

Günay,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR