Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi iddia edilir.
Bu barədə sosial mediada səs yazısı yayılıb.
İddiaya görə, Afaq Əliyeva məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə vadar edir.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq:
"Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ