İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Bəşirqızı səhnədə ayaqüstə dayanmaqda çətinlik çəkdi - VİDEO

Xalq artisti Afaq Bəşirqızı paylaşımı ilə diqqət çəkib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, aktrisa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan "Adamın adamı" tamaşasından video yayımlayıb. A.Bəşirqızı tamaşaçılara səslənərək, onlarla uzun fasilədən sonra tez-tez görüşəcəyini deyib:

"Çox sağ olun, sizi çox sevirəm. Sizinlə hər şeyə qalib gəlirəm, hər dəfə sizi görəndə güclənirəm. Söz verirəm, tez-tez görüşəcəyik. Bilmirəm. mənimlə darıxmadınız ki? Mən sizinlə darıxmadın. Mənim tamaşaçım başımın tacı, ömrüm-günümdür".

A.Bəşirqızının səhnədə yanındakıların köməkliyi ilə ayaqüstə dayandığı diqqətdən qaçmayıb. Onlar aktrisanın qolundan tutaraq, ona kömək ediblər. 

Qeyd edək ki, A.Bəşirqızı səhhətində olan problemə görə uzun müddət səhnədən uzaq qalıb. O, ötən il sözügedən tamaşa ilə səhnəyə qayıtmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR