İnsanlara hürriyət, millətlərə istiqlal!

Aerokosmik və Texnologiya Festivalı çərçivəsində aviaşou başlayıb.

Musavat.com xəbər verir ki, hazırda Azərbaycan və Türkiyənin milli şahinləri Bakı səmasındadır.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edilir.

Festival çərçivəsində pilotların iştirakı iləkll keçirilən aviaşou mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biridir və insanlar bunu böyük maraq və həyəcanla izləyirlər.

Milli şahinlərimiz qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlir və bu dəfə tamaşaçıları heyrətləndirir.

1511fcc5-67b7-4e3f-8c41-3fb47c724a4e.jpg (109 KB)

Afaq Mirayiq,
Elçin Əkbərov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR