İnsanlara hürriyət, millətlərə istiqlal!

ADSEA Naxçıvan şəhər Sukanal İdarəsində tədbir keçirdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Naxçıvan şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəis müavin Ülfət Kazımov, Naxçıvan şəhər Sukanal İdarəsinin rəisi Samir Baxşəliyev və idarənin əməkdaşları iştirak ediblər.

Ülfət Kazımov bildirib ki, Naxçıvan şəhər Sukanal İdarəsinin tabeliyində 16 ədəd texnika var ki, onlardan 3 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. Ümümilikdə texnikalar qənaətbəxşdir.

İdarə rəisi Samir Baxşəliyev isə qeyd edib ki, Naxçıvan şəhəri üzrə 27 min 160 abonentə xidmət göstərilir. İdarənin tərkibində 4 ədəd qəza-bərpa avtomobili, 4 ədəd ekskvator-traktor, 1 ədəd BMC PRO 625 xüsusi təyinatlı kanal təmizləyən və 2 ədəd özü boşaldan yük avtomobili mövcudur. Qeyd olunan texnikalar vasitəsilə Qəza-bərpa xidməti tərəfindən 24 saat fasiləsiz olaraq əhaliyə xidmət göstərməkdədir.

Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyəti yoxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR