Onlayn ictimai-siyasi qəzet
Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyev şəhid ailələri və qazilərlə görüşüb.
Musavat.com xəbər verir ki, görüşdə Adil Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 55 illiyinin ölkəmiz üçün əlamətdar hadisə olmasını qeyd edərək, müasir Azərbaycanın Ümummilli Liderin sənət əsəri olmasını qeyd edib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl və çoxkonturlu siyasətin uğurlarından bəhs edərək, qazandığımız tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzu bildirib.
Dövlət başçısının və Birinci Vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə ayırdığı diqqət və qayğıdan bəhs edən İcra Hakimiyyətinin başçısı bu siyasətin uğurla davam etdirməyin hər bir kəsin həm də vətəndaşlıq borcu olmasını qeyd edib.
Döyüş meydanında aparılan uğurlu əməliyyatların və diplomatik müstəvidə atılan addımların nəticəsində tarixi torpaqlarımız bu gün azaddır, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid ailələri və qazilərlə birlikdə Şəhidlər Xiyabanlarını ziyarət edib. Rayonun Bülbülə, Əmircan, Zığ, Suraxanı və Hövsan qəsəbələrində, eləcə də Xəzər və Sabunçu rayonlarında dəfn olunmuş şəhidlərin məzarları ziyarət olunub.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ