İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev növbəti dəfə gənclərlə görüşdü - FOTOLAR

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə aprelin 18-də rayonun Hövsan qəsəbəsi üzrə 196, 280 və 281 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüşdə RİHB-nin müavinləri, sözügedən məktəblərin direktorları, müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.

RİH başçısı çıxışında vurğulayıb ki, bugünkü reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun hər birimiz üçün vətənə xidmət etməyin simvoluna çevrildiyini qeyd edən Adil Əliyev Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

Görüş zamanı Adil Əliyev gənclərin faydalı vətəndaş kimi yetişməsi üçün öz dəyərli tövsiyələrini verib və bildirib ki, hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Sonra isə RİH başçısı gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb, eləcə də gənclərin hər birinə hədiyyələr təqdim olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR