Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Abxaziyanın baş naziri əvəzi qış dövrü üçün enerji təchizatının artırılması ilə bağlı Gürcüstanla danışıqlar aparmaq haqda qərar verib. (https://musavat.com/news/xankendinin-isiqlari-suxumideki-qaranliq_1129204.html). Abxaziya Tiflisdən elektrik enerjisini borca istəyir, İnquri SES-də hasilat artdığı zaman, yəni yaz və yay aylarında bərabər miqdarda enerji qaytarmağı öhdəsinə götürür. İnqur SES yalnız şərq rayonlarını elektrik enerjisi ilə təmin edə bilir, ölkənin qərb hissəsi isə Rusiyadan enerji alırdı, indi Moskva nədənsə, enerji nəqli müzakirələrini ləngidir.
Sərhəddəki İnqur SES Abxaziya üçün yeganə elektrik enerjisi mənbəyidir. Bu SES-i müharibəyə və düşmənçiliyə baxmayaraq, bu illərdə birgə istismarda davam ediblər. Enerji Gürcüstanla birgə istifadə olunur, çünki strukturlar həm onun ərazisində (bənd, su qəbulu), həm də Abxaziyada (hər şey, o cümlədən enerji blokları) yerləşir. Ona görə də enerji kompleksini işlətmək üçün iflis illərdir ki, separatçı qurumlarla əməkdaşlıq edir.
Maraqlıdır ki, Gürcüstan və Abxaziya tərəfləri arasında su elektrik stansiyalarının istismarına dair rəsmi razılaşma belə yoxdur. 1990-cı illərdə elektrik enerjisi istehsalının paylanması ilə bağlı şifahi konsensus əldə edilib. Gürcüstan İnquri SES-də istehsal olunan enerjinin 60%, Abxaziya isə 40% alır. Obyektin fəaliyyətini saxlamaq üçün bütün işlər Gürcüstan tərəfi həyata keçirir. Abxaziyada mərkəzləşdirilmiş istilik də aradan qaldırılıb və s. Enerji infrastrukturu köhnəlib və xarab olmaqda davam edir ki, bu da daimi qəzalara, fasilələrə səbəb olur, təmirə isə pul yoxdur.
Musavat.com xəbər verir ki, Rusiyanın “Svobodnaya pressa” nəşri “Gürcüstandan elektrik enerjisi istəməsi Tiflisdə Abxaziyanın müstəqilliyin təmin edilməsinin mümkünsüzlüyünün etirafı kimi yozulacaqmı”sualına “Qafqaz- Sərhəd” xəbər agentliyinin baş redaktoru Aleksey Albudan cavab istəyib. “Belə görünür ki, müvəqqəti Abxaziya hökuməti anti-gürcü əhval-ruhiyyəsi əvəzinə əməkdaşlığa yol açmaq qərarına gəlib. İnanıram ki, bu, Abxaziyanın siyasi mənzərəsinə təsir edəcək. Nə dərəcədə indidən demək çətindir, çünki belə əməkdaşlıq yeni deyil, lakin bu gün biz onun dərinləşdiyini görürük” deyə, o bildirib.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Politologiya kafedrasının dosenti Vladimir Blinov isə bunları deyib: “Müstəqillik təkcə silah qaldırmaq deyil, həm də müəllimlərin maaşını ödəmək və məktəbləri elektrik enerjisi ilə təmin etməkdir. Rusiya bütün əvvəlki illərdə Abxaziyaya güzəştlər edib, lakin bunun əvəzində abxazlar ancaq daxili intriqalarla, “hökumət çevrilişləri” ediblər. Moskva vəd edilənlərin yerinə yetirilməsinə cavab olaraq bu “məxməri inqilablar” praktikasından artıq kifayət qədər yorulub”.
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ