İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.

Musavat.com-un xəbərinə görə, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Polis İdarəsinin rəisi Musa Musayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, hüquq mühafizə orqanlarının və idarə rəhbərləri,  Abşeron polisinin şəxsi heyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə  çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan polisinin ölkəmizdə ictimai asayişin keşiyində layiqincə dayandığını, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etdiyini vurğulayan RİH başçısı bildirib ki, daxili işlər orqanlarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində polis orqanlarının maddi-texniki bazası gücləndirilib, polis əməkdaşlarının pəşəkarlıq səviyyəsi artırılıb, onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH Yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və digər tədbir iştirakçıları çıxış edərək qeyd ediblər ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Həmçinin vurğulanıb ki, polis əməkdaşları istər I Qarabağ müharibəsi, istərsə də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə ilə nəticələnən Vətən müharibəsi zamanı vətənimizin müdafiəsi üçün böyük fədakarlıqlar göstərib.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilib, gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR