Onlayn ictimai-siyasi qəzet
ABŞ Yunanıstana beşinci nəsil F-35 qırıcılarının tədarükünə razılıq vermək qərarına gəlib.
"Report"un xəbərinə görə, bu barədə respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“ABŞ-nin səlahiyyətli orqanları Yunanıstana F-35 qırıcılarının tədarükü ilə bağlı rəsmi təklif və razılıq məktubunu Milli Müdafiə Nazirliyinin Müdafiə Silahları və İnvestisiyaları Baş İdarəsinə göndərib”, - məlumatda bildirilir.
“Skai” telekanalı aydınlaşdırıb ki, Yunanıstanın alacağı 20 ədəd F-35 qırıcısı ilə bağlı razılığa gəlmək üçün indi 60 gün ərzində danışıqlar aparılacaq. Ümumilikdə, Respublika Milli Müdafiə Nazirliyi bu təyyarələrdən 40-ını almağı planlaşdırır, onların tədarükünün 2028-ci ildə başlanması gözlənilir.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ