İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yeni sanksiya siyahısı açıqladı: Ermənistan şirkəti də var

ABŞ Ticarət Nazirliyi Rusiyadan olan 28 hüquqi şəxsi sanksiya siyahısına salıb. Bundan əlavə, Ermənistan, Belarus, Belçika, Almaniya, Qazaxıstan, Kipr, Çin və Hollandiya şirkətləri də sanksiyalara məruz qalıb.

Sanksiya siyahısına daxil edilən hüquqi şəxslər arasında “North-West Airlines”, “RosAero” ASC, “Dolphin Alabuga” MMC və “Albatross”, elektron komponentlər təchizatçısı Elektrokom VPK və INELSO şirkətləri var.

Ermənistandan sanksiya siyahısına iş adamları Aram Köçəryan və Ermine Köçəryan, həmçinin İrəvanda qeydiyyatdan keçmiş ARM-BEKAR adlı şirkət salınıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR