İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ, Yaponiya və Cənubi Koreya Yapon dənizində birgə hərbi təlimlər keçirəcək


ABŞ, Yaponiya və Cənubi Koreya sentyabrın 30-da Yapon dənizində birgə hərbi təlimlərə başlayır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Özünümüdafiə Dəniz Qüvvələrinin Qərargahından bildirilib.

Təlimlərdə ABŞ-ın “Ronald Reagan” atom aviadaşıyıcı gəmisi də iştirak edəcək.

Məlumata görə, üçtərəfli təlimlər qarşılıqlı fəaliyyəti gücləndirmək və “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədilə keçirilir.

Təlimlərdə ABŞ aviadaşıyıcısı gəmisindən başqa, Yaponiyanın “Asahi” aviadaşıyıcısı, habelə Birləşmiş Ştatların “USS Chancellorsville” raket kreyseri, “USS Barry” və “USS Benfold” esminesləri və sualtı qayığı iştirak edəcək.

Xatırladaq ki, bu il mayın 24-26-da Yaponiyanın dəniz özünümüdafiə qüvvələri ABŞ-ın Hərbi Dəniz Qüvvələri (HDQ) ilə birgə Sakit okeanda təlimlər keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR