İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ukrayna RAZILAŞIR - 2024-cü ilin payızında...

ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə çata bilən uzaqmənzilli JASSM qanadlı raketlərinin verilməsi ilə bağlı razılaşmaya yaxındır.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” amerikalı rəsmilərə istinadən yazıb.

Bununla belə, Ukrayna hərbçiləri ABŞ-ın bütün texniki məsələləri həll etməsinə qədər bir neçə ay gözləməli olacaqlar.

Çox güman ki, JASSM raketləri hərbi yardım paketinə daxil ediləcək və Vaşinqton bunu 2024-cü ilin payızında açıqlayacaq.

Nəşr yazır ki, əgər bu silah Ukraynaya verilərsə, o zaman Rusiyanın əksər hissəsi güclü dəqiqliklə idarə olunan sursatların hədəfində olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR