İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Suriya gizlicə... - ŞOK İDDİA

Suriyada Bəşər Əsəd rejimi ilə normallaşma addımlarına qarşı çıxan ABŞ-ın Omanda Əsəd administrasiyası ilə gizli görüş keçirdiyi iddia edilib.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Cradle News” saytı Ərəb Dövlətləri Liqasındakı diplomatik mənbələrinə əsaslanaraq məlumat yayıb.

Xəbərə görə, Omanın paytaxtı Məsqət şəhərində keçirilən danışıqlarda hər iki ölkənin təhlükəsizlik rəsmiləri və xarici işlər nümayəndələri iştirak edib.

Danışıqlar zamanı ABŞ tərəfi 2012-ci ildə Dəməşqdə yoxa çıxan amerikalı jurnalist Ostin Ticenin Suriya ordusunun əlində saxlandığına dair məlumatlara malik olduğunu irəli sürüb, lakin Suriya rəsmiləri bu iddiaları təkzib edib.

Suriyanın yenidən Ərəb Dövlətləri Liqasına qəbul edilməsinə qarşı çıxan Vaşinqton Suriya administrasiyası ilə apardığı danışıqlarla bağlı bu açıqlama verib: "Siyasi həll yolunda real irəliləyiş olmadan Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR