İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiya arasında əsir mübadiləsi yaşana bilər - Navalnı...

Rusiya və ABŞ əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqları davam etdirir və bu danışıqlar zamanı mübadilə üçün namizədlər arasında Rusiyada mühakimə olunan müxalifətçilərin, o cümlədən Aleksey Navalnının adı çəkilir.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, Moskva Almaniyada çeçen separatçılarının keçmiş səhra komandiri Zəlimxan Xanqoşvilinin qətlində təqsirli bilinən Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu iddia edilən Vadim Krasikovun azadlığa buraxılmasında israrlıdır. Danışıqlarda Rusiyada casusluq ittihamı ilə məhkum olunmuş ABŞ vətəndaşları Pol Uilanın və eyni ittihamlarla Moskva istintaq təcridxanasında saxlanılan “The Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviçin adlarının hallandığı iddia edilir.

Qəzetin yazdığına əsasən, Aleksey Navalnı kimi tanınmış rusiyalı müxalifətçilərin də siyahıya daxil ediləcəyi istisna olunmur. O, bu yaxınlarda cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR