İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsrail molla rejiminə qarşı birləşir - Rəsmən ELAN EDİLDİ

ABŞ-ın dövlət katibi Antoni Blinken Yaxın Şərq səfərinin ilk dayanacağı Misirdən sonra dünən İsraildə olub.

Musavat.com xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən Blinken İrana qarşı birgə mübarizə mesajı verib və Fələstin məsələsinin ikidövlətli həllini vurğulayıb.

63d846a04e3fe013904947d5.jpg (104 KB)

“Birləşmiş Ştatlar Fələstin probleminin ikidövlətli həlli baxışına sadiq qalır. Bizi bu baxışdan uzaqlaşdıran istənilən addım İsrailin təhlükəsizliyinə və uzunmüddətli yəhudi demokratiya ölkəsi olmaq kimi hədəfinə zərər verəcək” - ABŞ-ın dövlət katibi deyib.

O, iki ölkənin İranın nüvə silahı əldə etməməsi mövzusunda həmfikir olduğunu vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib: “İsrailin siyasəti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni etməkdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR