İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran arasında nüvə danışıqları yenidən çıxılmaz vəziyyətdə – əsas mübahisə BU PROQRAMA GÖRƏDİR

ABŞ və İran nümayəndə heyətləri son nüvə danışıqlarını başa çatdırıb. Lakin tərəflər əsas məsələlər üzrə, xüsusən də İranın uran zənginləşdirmə proqramı üzərində kəskin fikir ayrılığı yaşayıb. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Musavat.com-un məlumatına görə, nəşr yazır ki, danışıqlardakı əsas toqquşma nöqtəsi məhz İranın uranı zənginləşdirmək imkanını saxlamaq istəməsidir. Vaşinqton isə Tehranın bu tələbindən ciddi narahatdır və bu məsələdə kompromisə getmək istəmir.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranın raket proqramının da nüvə sazişinə daxil edilməsini istəyir. Tehran isə bu təklifi rədd edir və raket proqramının ölkənin müdafiə hüququnun tərkib hissəsi olduğunu bildirir.

Buna baxmayaraq, ABŞ tərəfi son raundu “məhsuldar” adlandırıb və danışıqların davam etdiriləcəyini bildirib. ABŞ və İran arasında gərginlik bölgədə sabitliyə təsir göstərməkdə davam edir.

Müşahidəçilərin fikrincə, Vaşinqtonla Tehran arasında əldə olunacaq hər hansı razılaşma yalnız ciddi güzəştlər və diplomatik çeviklik nəticəsində mümkün olacaq.

Məqalənin orijinalı bu linkdə: https://www.wsj.com/world/middle-east/u-s-and-iran-divided-by-key-question-in-nuclear-talks-59b26210


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR