İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Fransa bu mövzuda "bölündü" - FƏRQLİ BƏYANATLAR

Fransa prezidenti Emmanuel Makron Çinə səfəri zamanı Pekin və Vaşinqtonu eyni məsafədə saxlamağı düşündüyü demiş, Tayvanla bağlı suallar doğuran açıqlamalar vermişdi. Fransız lider bu hadisədən sonra ilk dəfə ABŞ prezidenti Co Baydenlə görüşüb.

Musavat.com xəbər verir ki, Çin ilə əlaqələrin diqqət mərkəzində olduğu görüşdən sonra iki ölkədən verilən şərhlərdə Tayvan detalı diqqət çəkib.

Yelisey Sarayı bu məsələyə birbaşa istinad etməsə də, Ağ Evin bəyanatında iki liderin Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyini bir daha təsdiqlədikləri ifadə edilib.

Fransanın bəyanatında isə iki ölkənin “beynəlxalq hüququ dəstəkləməyə hazır olduqları” ifadə edilib.

ABŞ öz bəyanatında Çinin Ukrayna məsələsində mümkün roluna toxunmasa da, Fransanın ortamüddətli perspektivdə münaqişənin sona çatmasına töhfə verməkdə oynaya biləcəyi rolu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR