İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Avropadan müdhiş gediş: Çin, Rusiya və İranın planları suya düşür

Hindistanda keçirilən G20 sammitində qlobal əhəmiyyətli bir layihənin anonsu verilib.

Musavat.com Associated Press-ə (AP) istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden sammit zamanı Hindistan və Vaşinqtonun müttəfiqləri ilə birlikdə Hindistan, Yaxın Şərq və Avropanı birləşdirəcək dəmir və dəniz y dəlu hlizinin işə salınması planlarını açıqlayıb.

Agentlik bildirir kii, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan layihənin ABŞ-dan əlavə Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İsrail və Avropa İttifaqı tərəfindən həyata keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, təkmilləşdirilmiş nəqliyyat infrastrukturu Yaxın Şərq ölkələrini bir-birinə yaxınlaşdırmağa kömək edəcək və regionu “problemlər, münaqişələr və böhranlar mənbəyi” deyil, iqtisadi fəaliyyət mərkəzinə çevirəcək.

Vaşinqton layihənin vaxtı və dəyərini dəqiqləşdirməyib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sözlərinə görə, iqtisadi dəhlizin işə salınması 20 milyard dollara başa gələcək.O, söhbətin sırf Ər-Riyadın xərclərindən getdiyini dəqiqləşdirməyib.

Sammit zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Anqolanın Lobito limanını qitənin dənizə çıxışı olmayan əraziləri - Konqo Demokratik Respublikasının Kananqa əyaləti və Zambiyanın mis mədən sahələri ilə birləşdirəcək “Trans-Afrika Dəhlizi”nin yaradılacağını elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR