Onlayn ictimai-siyasi qəzet
Bu gün Avropa İttifaqı ölkələrinin səfirləri və ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət edərək 1990-cı il 20 yanvar günahsız qurbanların məzarlarına gül dəstələri qoyublar.
Avropa İttifaqı missiyasının rəhbəri Peter Mixalko X platformasındakı səhifəsində yazıb ki, "Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə birlikdə 1990-cı ilin qara yanvar faciəsində sovet qoşunları tərəfindən öldürülən qurbanların xatirəsini yad edib".
Öz növbəsində ABŞ səfiri Mark Libbi yazıb: "Bu gün biz Qara yanvar hadisələrini qeyd edirik və şəhid olanları yada salırıq. Onların ailələrinə və yaxınlarına başsağlığı veririrk”.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ