İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

ABŞ mayın 20-də Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə Qərb Təmas Qrupunun növbəti iclasını keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Pentaqon mətbuat xidmətinin açıqlamasında deyilir.

"ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun mayın 20-də Pentaqonda Ukrayna üzrə əlaqə qrupunun virtual görüşünü keçirəcəklər", - sənəddə qeyd olunur. Bu, 2022-ci ilin aprel ayından etibarən Ukrayna üzrə Təmas Qrupunun 22-ci görüşü olacaq.

Məsləhətləşmələrdə müdafiə qurumlarının rəhbərləri və 50-yə yaxın ölkənin qərargah rəisləri iştirak edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR