Onlayn ictimai-siyasi qəzet
ABŞ Ukraynaya "Joint Standoff Weapon" (JSOW) qanadlı bombalar verəcək.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Ağ Evin fikrincə, belə bir qərar Ukraynanın uzaq məsafədən zərbələr endirmək imkanlarını gücləndirməyə kömək edəcək.
Hərbi yardım paketinə aşağıdakılar daxil olacaq:
Hava-yer raketləri;
HIMARS üçün döyüş sursatı;
155 mm və 105 mm çaplı artilleriya mərmiləri;
PTKR TOW;
Javelin və AT-4 tank əleyhinə sistemlər;
M117 zirehli personal daşıyıcısı;
MRAP-lar;
Yüngül taktiki maşınlar;
Kiçik silahlar;
Patrul qayıqları;
Söküntü avadanlığı və döyüş sursatı;
Ehtiyat hissələri, texniki xidmət və dəstək və digər köməkçi avadanlıqlar.
Bundan əlavə, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və ABŞ Məxfi Xidmətinə qlobal kriptovalyuta şəbəkəsini məhv etmək tapşırılıb. Qeyd olunub ki, onun köməyi ilə Rusiya “çirkli pulları yuyur” və sanksiyaya məruz qalan malları alır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ