Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb. Bu barədə Pentaqon rəsmi açıqlama yayıb.
Hərbi yardımın detalları barədə məlumat da artıq Ukrayna saytlarında paylaşılır. Buraya daxildir:
▪️Hava-yer döyüş sursatları;
▪️HIMARS üçün döyüş sursatı;
▪️155 mm və 105 mm-lik artilleriya sursatları;
▪️TOW raketləri;
▪️Cirit və AT-4 tank əleyhinə sistemlər;
▪️M1117 zirehli texnikası;
▪️Mina və pusqudan qorunan avtomobillər (MRAP);
▪️Yüngül taktiki maşınlar;
▪️Zirehli körpü sistemləri;
▪️ Kiçik silahlar;
▪️Patrul qayıqları;
▪️Partlayıcı avadanlıq və döyüş sursatları;
▪️Ehtiyat hissələri, köməkçi avadanlıqlar, xidmətlər, təlim və nəqliyyat.
Beləliklə, Bayden administrasiyası müharibə başlayandan bəri Ukraynaya 56,9 milyard dollardan çox hərbi yardım ayırıb.
Xatırladaq ki, dünən ABŞ prezidentliyinə namizəd D. Tramp Ukrayna prezidentini "yaxşı tacir" adlandırmışdı. Tramp deyir ki, Zelinski hər dəfə ABŞ -a gələndə, 100 milyonlarla yardım əldə edir və ölkəsinə hər dəfə əlidolu dönür.
Buna qarşılıq, Zelenski Trampı ağır sözlərlə tənqid edib. Bu cür gedişat nəticəsində D. Tramp ABŞ-da olan Zelinski ilə görüşməkdən açıq şəkildə imtina edib və təhqiramiz ifadələr işlədib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ