Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar Türkiyədə yerləşən şirkəti və Marşal adaları bayrağı altında üzən neft tankerini Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb.
Musavat.com xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Açıqlanan məlumatlara görə, Türkiyənin “Ice Pearl Navigation Corp” şirkəti və onun “Yasa Golden Bosphorus” tankeri sanksiyalar siyahısından çıxarılıb.
Onlar 2023-cü ilin oktyabrında Yeddilik Qrupunun və Avstraliyanın Rusiya neftinin satışı ilə bağlı məhdudiyyətlərini pozduqlarına görə siyahıya salınmışdılar.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ