Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərmək niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
O, Vaşinqtonun Kiyevə əlavə olaraq konkret nə göndərəcəyini açıqlamayıb. Kirbi Poltavadakı Ukrayna Rabitə Qoşunlarının təlim mərkəzinə İsgəndər-M raket hücumuna toxunaraq, "Ukrayna bu cür hücumlardan qorunmağa çalışdığı üçün onu dəstəkləməyə davam edəcəyik" deyib.
Avqustun 23-də Pentaqon Kiyev üçün HIMARS raket sistemləri üçün sursat və artilleriya mərmiləri daxil olmaqla, 125 milyon dollarlıq yeni yardım paketi elan edib. Rusiyanın Ukraynadakı işğalçı müharibəsi başlanandan inidyədək ABŞ Ukraynaya 55,7 milyard dollardan çox hərbi yardım ayırıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ