İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ texnoloji yarışda Çini keçə bilmir: Bütün yollar iflasa uğradı

ABŞ texnologiya sahəsində Çini geridə qoymaq üçün demək olar ki, bütün mümkün üsulları sınaqdan keçirib, lakin heç biri uğurla nəticələnməyib.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinin şərhçisi Kristofer Mims fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Vaşinqtonun atdığı addımlar – ticarət sanksiyalarından tutmuş texnoloji təchizatın məhdudlaşdırılmasına qədər – Pekinin inkişafını dayandırmaqda qeyri-effektiv olub. Əksinə, Çin bu basqılar fonunda daxili istehsal və innovasiyalarını daha da sürətləndirib.

Mims qeyd edir ki, ABŞ-ın strateji yanaşmasının yenilənməyə ehtiyacı var. Çünki mövcud siyasət texnoloji üstünlük mübarizəsində arzu olunan nəticəni vermir və Çin artıq bir çox sahələrdə liderliyə yüksəlməkdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR